Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sabiq prezident Robert Köçəryanın oğlu, deputat Levon Köçəryanın onun ünvanına səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Army.az xəbər verir ki, bu barədə Simonyan sosial şəbəkə hesabında yazıb.
Bildirib ki, vəziyyət bu şəkildə davam edərsə, rusiyalı oliqarx Samvel Karapetyan və Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla şəxsən danışmalı olacaq.
O, Levon Köçəryanın açıqlamasına cavab olaraq parlamentdəki fəaliyyət dövrü ilə bağlı xatirələrini bölüşüb və deputatın onun tərbiyəsi barədə danışmasını tənqid edib.
Simonyan həmçinin Köçəryan ailəsinə qarşı ağır ittihamlar səsləndirib. O, sabiq prezidentin dövründə baş verən hadisələri xatırladaraq, öz mühafizəçilərinin Köçəryanın vaxtında baş verdiyini iddia etdiyi zorakılıqlarda iştirak etmədiyini bildirib.
Erməni siyasətçi daha sonra Samvel Karapetyanın adı ətrafında yaranmış vəziyyətə toxunub. O, Karapetyanın “casus siyahısı”na salındığını iddia edib və oliqarxın Rusiyadan Ermənistana müəyyən siyahı ilə göndərildiyini irəli sürüb.
