Ev Dünyaİmran Xan xəstəxanaya köçürüləcək – Səhhəti pisləşdi

İmran Xan xəstəxanaya köçürüləcək – Səhhəti pisləşdi

by Baş Redaktor
124 Baxış

Pakistan Ali Məhkəməsi həbsdə olan sabiq Baş nazir İmran Xanın yaxın günlərdə xəstəxanaya yerləşdirilməsi barədə qərar qəbul edib.

Army.az xəbər verir ki, məhkəmə eyni zamanda keçmiş hökumət başçısının ailə üzvləri ilə həftəlik görüşlərinin təşkil olunmasını tapşırıb.

Qərarın İmran Xanın saxlanıldığı həbsxananın rəhbəri tərəfindən onun səhhəti ilə bağlı məhkəməyə hesabat təqdim edilməsindən sonra verildiyi bildirilir. Həkim müayinəsi zamanı sabiq baş nazirin nəbzi və ürək fəaliyyətində normadan kənar göstəricilər müəyyən edilib.

Məhkəmənin qərarına əsasən, İmran Xanın vəziyyətini qiymətləndirmək üçün tibbi komissiya yaradılacaq. Komissiyaya onun şəxsi həkimi ilə yanaşı, bacısı doktor Üzma Xan da daxil ediləcək. Bununla belə, vəkillərin və ailə üzvlərinin tibbi müayinələrin nəticələrini ictimaiyyətə açıqlamasına icazə verilməyəcək.

banner

İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri vəzifəsini tutub. O, 2022-ci il aprelin 10-da parlamentdə keçirilən etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.

73 yaşlı siyasətçi 2023-cü il avqustun 5-dən həbsdə saxlanılır. O, dövlət sirri ilə bağlı qanunvericiliyin pozulmasına görə 10 il, korrupsiya ittihamı üzrə isə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Əlaqəli Yazılar Xüsusi