Ev Hərbi XəbərlərTürkiyənin F-35-ləri niyə hələ də ABŞ-dadır?

Türkiyənin F-35-ləri niyə hələ də ABŞ-dadır?

by Baş Redaktor
30 Baxış

Türkiyənin ABŞ-dan F-35 qırıcıları əldə etməsi ilə bağlı danışıqlar Ankara ilə Vaşinqton arasında S-400 məsələsinə görə hələ də yekun nəticə verməyib.

Army.az xəbər verir ki, Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri F-35 proqramına qayıdışın qarşısındakı əsas maneə olaraq qalır.

ABŞ senatoru, Florida ştatından respublikaçı Rik Skott da Ankaranın F-35-lərə çıxışının S-400-lərlə bağlı problemin həllindən asılı olduğunu bildirib.

Məsələnin əsas səbəbi ABŞ qanunvericiliyidir. Mövcud tələblərə əsasən, Türkiyənin F-35 proqramına tam şəkildə qayıtması üçün Rusiya istehsalı S-400 sistemlərindən imtina etməsi tələb olunur.

banner

Ankara artıq altı F-35 qırıcısının pulunu ödəsə də, təyyarələr indiyədək ABŞ ərazisində saxlanılır.

Əlaqəli Yazılar Xüsusi