Ev Ekspert rəyiİran Avropadakı ABŞ bazalarını vura bilərmi? Politoloqdan diqqətçəkən şərh

İran Avropadakı ABŞ bazalarını vura bilərmi? Politoloqdan diqqətçəkən şərh

by Baş Redaktor
85 Baxış

“İran hakimiyyəti ABŞ-a qarşı təzyiq rıçaqlarını artırmağa çalışsa da, Tehranın Avropadakı Amerika hərbi obyektlərinə real zərbələr endirməsi ehtimalı aşağıdır”.

Army.az xəbər verir ki, bu fikri politoloq Konstantin Kalaçev bildirib.

Kalaçevin sözlərinə görə, Avropa ölkələri indiyədək münaqişəyə birbaşa qoşulmaqdan çəkinib:

“Onlar Trampın hərbi təşəbbüslərinə tam dəstək verməyib və Hörmüz boğazının blokadaya alınmasında iştirak etməyiblər. Avropa dövlətləri eyni zamanda ABŞ prezidentini danışıqlar yolu ilə kompromisə getməyə təşviq edir. Bu, mənim fikrimcə, İranın təsir vasitəsidir. Avropa ölkələri belə təhdidləri ciddi qəbul edə bilər. Əsas məqsəd danışıqlar prosesində Trampa təzyiqi artırmaqdır. Bu, psixoloji müharibənin elementidir”.

banner

Əlaqəli Yazılar Xüsusi