Ev Dünyaİran parlamentində diqqətçəkən təklif: Hörmüz gəlirlərinin 40%-i orduya veriləcək

İran parlamentində diqqətçəkən təklif: Hörmüz gəlirlərinin 40%-i orduya veriləcək

by Baş Redaktor
147 Baxış

İran parlamentində Hörmüz boğazından əldə olunan gəlirlərin bölüşdürülməsi ilə bağlı 12 maddədən ibarət layihə hazırlanıb.

Army.az xəbər verir ki, bu barədə İran parlamentində Qum şəhərini təmsil edən deputat Ravanbəxş məlumat verib.

Deputatın sözlərinə görə, layihəyə əsasən, Hörmüz boğazından əldə edilən gəlirlərin 40 faizi ölkənin silahlı qüvvələrinin və hərbi infrastrukturun gücləndirilməsinə yönəldilə bilər.

Qalan 60 faizin isə İran əhalisinin rifahının yaxşılaşdırılması üçün istifadə olunması təklif edilir.

banner

Ravanbəxş bildirib ki, layihənin maddələrindən biri məhz strateji su yolundan əldə olunan gəlirlərin necə bölüşdürüləcəyini müəyyənləşdirir.

Parlamentarinin fikrincə, sənədin qəbul edilməsi Hörmüz boğazının mövcud imkanlarından İranın milli maraqları naminə daha səmərəli istifadə olunmasına şərait yarada bilər.

Əlaqəli Yazılar Xüsusi