Ev DünyaTramp: Hörmüz boğazı hazırda gəmiçilik üçün açıqdır

Tramp: Hörmüz boğazı hazırda gəmiçilik üçün açıqdır

by Baş Redaktor
28 Baxış

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında tətbiq edilən dəniz blokadasının səmərəli nəticə verdiyini və hazırda su yolunun gəmilərin hərəkəti üçün açıq olduğunu bildirib.

Army.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Onun sözlərinə görə, hazırda boğazdan çoxsaylı gəmilər keçməyə davam edir, lakin bu barədə geniş məlumat yayılmır.

ABŞ Prezidenti qeyd edib ki, müəyyən vaxtlarda gəmi axınının sürətində azalma müşahidə oluna bilər. Buna baxmayaraq, hazırkı vəziyyətdə Hörmüz boğazında gəmiçilik davam edir.

Tramp ABŞ Silahlı Qüvvələrinin həyata keçirdiyi dəniz blokadasını yüksək qiymətləndirərək onun “son dərəcə effektiv” olduğunu vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi