Ev DünyaAnkara Yunanıstanın Egey planını tanımadı: “Hüquqi nəticəsi yoxdur”

Ankara Yunanıstanın Egey planını tanımadı: “Hüquqi nəticəsi yoxdur”

by Baş Redaktor
127 Baxış

Türkiyə Yunanıstanın Egey dənizini də əhatə edən bərpaolunan enerji mənbələri ilə bağlı xüsusi məkan planlaşdırması çərçivəsini yaxından izlədiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat verib.

O bildirib ki, sözügedən tənzimləmənin Türkiyə baxımından heç bir hüquqi nəticəsi yoxdur və Ankaranın mövqeyinə təsir göstərmir:

“Plan beynəlxalq müqavilələrlə Yunanıstana verilməmiş coğrafi əraziləri də əhatə edir. Türkiyə Egey dənizindəki hüquq, maraq və mənafelərini beynəlxalq hüquq çərçivəsində qorumaq əzmini davam etdirir. Ankara Egey dənizinin iki sahilyanı ölkəsi arasında mövcud problemlərin beynəlxalq hüquq, ədalət və mehriban qonşuluq prinsipləri əsasında həllini dəstəkləyir”.

banner

Əlaqəli Yazılar Xüsusi