Ev DünyaAİ-dən Ukraynada seçkilərlə bağlı açıqlama: “Qərarı Kiyev verməlidir”

Aİ-dən Ukraynada seçkilərlə bağlı açıqlama: “Qərarı Kiyev verməlidir”

by Baş Redaktor
146 Baxış

Avropa Komissiyası Ukraynada seçkilərin keçirilmə tarixinin ölkənin öz konstitusiyasına uyğun şəkildə müəyyənləşdirilməli olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Anitta Hipper məlumat verib.

O qeyd edib ki, seçkilərlə bağlı qərar Ukraynanın səlahiyyətindədir və bu məsələ konstitusion çərçivədə həll edilməlidir.

Onun sözlərinə görə, Ukrayna seçkilərin keçirilməsi barədə qərar verərsə, Avropa İttifaqı seçki prosesinin bütün mərhələlərində Kiyevə dəstək göstərməyə hazırdır.

banner

Hipper Aİ-nin əsas diqqətinin seçkilərin demokratik standartlara və müvafiq tələblərə uyğun keçirilməsinin təmin edilməsinə yönələcəyini vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi