Ev DünyaVyetnam Rusiyada axtarılan iki şəxsi deportasiya etdi – 12 milyon rublluq iş

Vyetnam Rusiyada axtarılan iki şəxsi deportasiya etdi – 12 milyon rublluq iş

by Baş Redaktor
53 Baxış

Vyetnamda saxlanılan və Rusiyada beynəlxalq axtarışda olan iki Rusiya vətəndaşı ölkədən deportasiya edilərək Rusiya hüquq-mühafizə orqanlarına təhvil verilib.

Army.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk məlumat yayıb.

Onun sözlərinə görə, təhvilvermə Kam Ran Beynəlxalq Hava Limanında həyata keçirilib. Şübhəlilər Rusiya DİN-in İnterpol üzrə Milli Mərkəzi Bürosunun əməkdaşlarına təqdim olunublar.

İstintaqın versiyasına əsasən, onlar 2022-2023-cü illərdə Krasnoyarsk diyarında yerləşən universitetlərdən biri ilə avadanlıq təchizatına dair saxta müqavilələr imzalayıblar. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi, ayrılmış vəsaitin isə mənimsənildiyi bildirilir.

banner

Nəticədə dövlətə 12 milyon rubldan artıq ziyan dəydiyi qeyd olunur.

Əlaqəli Yazılar Xüsusi