Ev DünyaMoskva yeni sülh təkliflərinə hazırlaşır

Moskva yeni sülh təkliflərinə hazırlaşır

by Baş Redaktor
137 Baxış

Rusiya Ukrayna münaqişəsinin həlli istiqamətində irəli sürüləcək yeni təşəbbüsləri nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb. Moskva bununla belə, mümkün təkliflərin hazırkı vəziyyəti və “yerdəki reallıqları” nəzərə almasını tələb edir.

Army.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Qeyd edib ki, ABŞ tərəfindən Moskvanın mövqeyini anlamağa və konstruktiv dialoqa hazır olmaqla bağlı müəyyən siqnallar verilib.

Onun sözlərinə görə, hazırda əsas məsələ Vaşinqtonun Kiyev və onun avropalı tərəfdaşlarının qərarlarına nə dərəcədə təsir göstərə bilməsidir.

banner

Ryabkov Rusiyanın ABŞ-dan gələcək yeni ideyaları dinləməyə hazır olduğunu vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi