Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin sentyabrda keçiriləcək Dövlət Duması seçkilərinin gedişinə təsir göstərməyə çalışacağını iddia edib. Onun sözlərinə görə, bu cür təşəbbüslərin uğur qazanması mümkün deyil.
Army.az xəbər verir ki, Lavrov bu fikirləri “Vahid Rusiya” partiyasının XXIII qurultayının ikinci mərhələsinin plenar iclasından sonra jurnalistlərə açıqlamasında səsləndirib.
Nazir bildirib ki, seçkilərə müdaxilə cəhdlərinin artıq müşahidə olunduğunu və qarşıdakı dövrdə onların intensivləşə biləcəyini gözləyir. O, Rusiyanın hüquq-mühafizə və təhlükəsizlik strukturlarının bu istiqamətdə fəaliyyət göstərdiyini və mümkün müdaxilələrin ilkin mərhələdə qarşısının alınmasına çalışdığını qeyd edib.