İran kollektiv müdafiə mexanizmi nəzərdə tutan Məkkə sazişinə qoşulmaq üçün dəvət alıb.
Army.az xəbər verir ki, bu barədə İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi bildirib .
O qeyd edib ki, Tehran hazırda bu təklifi qiymətləndirir:
“Region dövlətləri arasında vahid “təhlükəsizlik çətiri”nin formalaşdırılması İranın maraqlarına cavab verir. Tehran uzun müddətdir regionda məhz belə bir təhlükəsizlik mexanizminin yaradılmasını təklif edir”.
İran parlamentinin nümayəndəsi ABŞ-ın regional siyasətini də tənqid edib. O bildirib ki, Vaşinqton region ölkələrinin təhlükəsizliyini qorumaqla bağlı verdiyi vədləri yerinə yetirmək əvəzinə, əksinə, onların təhlükəsizliyinə təhdid yaradır.
