Ev Hərbi XəbərlərSEPAH-dan ABŞ-a mesaj: Hörmüzü yalnız peyklərlə izləmirik

SEPAH-dan ABŞ-a mesaj: Hörmüzü yalnız peyklərlə izləmirik

by Baş Redaktor
21 Baxış

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhəbi ABŞ-ın İranın Hörmüz boğazındakı müşahidə imkanları ilə bağlı hesablamalarının reallığı tam əks etdirmədiyini bildirib.

Army.az xəbər verir ki, boğazda dəniz hərəkətinin izlənməsi yalnız peyk sistemləri vasitəsilə həyata keçirilmir.

O, SEPAH-ın bunun üçün başqa üsullardan da istifadə etdiyini və həmin imkanların ABŞ tərəfindən hələ tam müəyyənləşdirilməmiş ola biləcəyini deyib.

SEPAH sözçüsü qeyd edib ki, ABŞ İranın tanınan radar sistemlərinin bir hissəsini sıradan çıxarmaqla ölkənin müşahidə qabiliyyətini də aradan qaldırdığını düşünürsə, bu yanaşma gerçəkliklə uzlaşmır.

banner

Möhəbi fikrini İranın dənizdəki əməliyyat imkanları ilə əsaslandıraraq bildirib ki, SEPAH-ın gəmilərin hərəkətini izləmək üçün effektiv müşahidə imkanları olmasaydı, həssas ərazilərdə üzən vasitələrə dəqiq zərbələr endirmək və onların mühərrik bölmələrini sıradan çıxarmaq mümkün olmazdı.

Əlaqəli Yazılar Xüsusi