Ev Hərbi XəbərlərPeskov: “London bu müharibədə Kiyevin tərəfindədir”

Peskov: “London bu müharibədə Kiyevin tərəfindədir”

by Baş Redaktor
24 Baxış

Kreml Böyük Britaniyanın Ukraynaya uzunmənzilli SCALP raketlərinin istehsalı ilə bağlı texniki məlumatlar ötürmək planına sərt reaksiya verib.

Army.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Londonun bu təşəbbüsünə Moskvanın münasibəti son dərəcə mənfidir.

Peskov Böyük Britaniyanın Ukraynadakı müharibədə Kiyevi dəstəklədiyini və bununla da münaqişənin tərəfinə çevrildiyini iddia edib.

banner

Kremlin sözçüsü qeyd edib ki, Londonun Ukraynaya uzaqmənzilli silahların istehsalı üçün imkanlar yaratması Moskvanın narazılığına səbəb olur.

Peskovun sözlərinə görə, “Böyük Britaniya bu müharibədə iştirak edir və Kiyev rejiminin tərəfindədir”.

Əlaqəli Yazılar Xüsusi