Ev DünyaZaxarovadan Berlinə sərt cavab: “Almaniyanı mütəmadi təhqir edirlər”

Zaxarovadan Berlinə sərt cavab: “Almaniyanı mütəmadi təhqir edirlər”

by Baş Redaktor
37 Baxış

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya mediasında Moskvanın Berlinə qarşı “təhqiramiz” addım atması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Kiyevdə olduğu vaxt şəhər ətrafına zərbə endirilməsi bəzi Almaniya mediasında Rusiyanın Berlinə “təhqir”i kimi təqdim olunub. Zaxarova isə bu yanaşmanı tənqid edib.

Rusiya XİN sözçüsü bildirib ki, Almaniyanın müxtəlif dövlətlərin addımlarından dəfələrlə narazı qalmasına baxmayaraq, Berlinin buna dözməsi diqqət çəkir.

banner

Zaxarova nümunə kimi ABŞ xüsusi xidmət orqanlarının keçmiş kansler Angela Merkelin telefon danışıqlarını dinləməsi ilə bağlı xəbərləri, “Şimal axını” qaz kəmərlərində baş verən partlayışları və Almaniyanın Ukraynaya silah tədarükünü göstərib.

Əlaqəli Yazılar Xüsusi