Ev DünyaPaşinyanın KTMT açıqlamasından sonra Rusiya səfiri Rubinyanla görüşdü

Paşinyanın KTMT açıqlamasından sonra Rusiya səfiri Rubinyanla görüşdü

by Baş Redaktor
39 Baxış

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan parlamentinin sədri Ruben Rubinyanla görüş keçirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediasının məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkənin qanunverici orqanları arasında əlaqələrin inkişaf etdirilməsi və parlamentlərarası əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi məsələləri müzakirə olunub.

Rubinyan görüş zamanı İrəvanın Moskva ilə konstruktiv dialoqu davam etdirmək niyyətində olduğunu bildirib. Ermənistan parlamentinin sədri uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

banner

Görüş Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamalarından sonra baş tutub. Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) xaric edilməsini məmnuniyyətlə qarşılayacağını deyib.

Ermənistan hökumətinin rəhbəri həmçinin ölkəsinin yaxın gələcəkdə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət edəcəyini açıqlayıb. Paşinyan Ermənistanın Avrasiya İqtisadi Birliyində gələcək iştirakının isə referendum yolu ilə müəyyənləşdirilə biləcəyini bildirib.

Əlaqəli Yazılar Xüsusi