Suriya hakimiyyəti ABŞ ilə davam edən danışıqlar çərçivəsində ölkəyə tətbiq olunan son əsas sanksiyaların aradan qaldırılması məqsədilə Rusiya mənşəli neftin idxalını nəzərəçarpacaq dərəcədə azaltmağa hazır olduğunu bəyan edib.
Army.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin yaydığı məlumatda bildirilir.
Son aylarda keçirilən görüşlər zamanı rəsmi Dəməşq Rusiya neftinin alış həcmini azaltmaq niyyətini ABŞ tərəfinə çatdırıb.
Bununla yanaşı, mənbələr qeyd edirlər ki, Vaşinqton sanksiyaların ləğvi üçün Rusiya neftinin idxalının azaldılmasını rəsmi və məcburi şərt kimi irəli sürməyib
