Ev DünyaKiyevdən ABŞ-a mesaj: Avqustda aktivlik gözləyirik

Kiyevdən ABŞ-a mesaj: Avqustda aktivlik gözləyirik

by Baş Redaktor
18 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin istənilən formatda danışıqlara hazır olduğunu və ABŞ tərəfinin avqust ayında diplomatik prosesdə daha fəal iştirak edəcəyini gözlədiklərini bildirib.

Army.az xəbər verir ki, o, bu barədə videomüraciətində danışıb.

Zelenskinin sözlərinə görə, danışıqlar prosesi ilk növbədə ABŞ ilə koordinasiya şəraitində davam edir və Prezident Donald Trampın nümayəndələri ilə hər gün əlaqə saxlanılır.

“Vaşinqtondakı görüşdə real diplomatiya üçün yeni şəraitin necə yaradıla biləcəyini müzakirə etdik. Bütün bunları həyata keçirməyə çalışırıq”, – deyə Ukrayna Prezidenti bildirib.

banner

Zelenski qeyd edib ki, Kirilo Budanov, Rustem Umerov, David Araxamiya və Andriy Kislitsa danışıqların müxtəlif istiqamətləri, həmçinin Moskvanın bu prosesə münasibəti barədə ona məruzə ediblər.

“Biz bütün formatlı görüşlərə hazır olacağıq. Gözləyirik ki, avqust ayında Uitkoff və Kuşner fəal rol oynayacaqlar”, – deyə o əlavə edib.

Əlaqəli Yazılar Xüsusi