Ev DünyaTramp Kanadanı hədəfə aldı: “Artıq belə olmayacaq”

Tramp Kanadanı hədəfə aldı: “Artıq belə olmayacaq”

by Baş Redaktor
20 Baxış

ABŞ Prezidenti Donald Tramp Kanada rəhbərliyini kəskin tənqid edib və Ontario əyalətinin baş naziri Duq Fordu “boş vədlər” verməkdə günahlandırıb.

Army.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasındakı paylaşımında yazıb.

ABŞ lideri Fordu mərhum Rob Fordla müqayisə edərək onun qardaşının daha az xarizmatik, intellektual baxımdan zəif və siyasi fəaliyyətində daha az təsirli olduğunu iddia edib:

“Amerika onilliklər ərzində Kanadanı öz çiyinlərində daşıyıb, amma artıq belə olmayacaq. ABŞ həmişə Kanadadan daha zəngin və güclü olacaq. ABŞ olmadan Kanada mövcud ola bilməzdi. O, bütün pulunu ABŞ-dən əldə edir və hazırkı zəif rəhbərliyə, ilk növbədə, qubernator Karniyə (Kanadanın baş naziri-red.) və onun köməkçisi Forda görə ABŞ-nin üstünlüklərindən, yəni onların əsas yaşayış mənbəyindən istifadə etməyə davam etməsinə icazə verilməyəcək”, – deyə Tramp bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi