Ev GündəmRobert Köçəryan və oğlu saxlanılıb

Robert Köçəryan və oğlu saxlanılıb

by Baş Redaktor
37 Baxış

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və onun oğlu Sedrak Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.

Army.az xəbər verir ki, Köçəryan ailəsinə məxsus bir neçə yaşayış ünvanında, həmçinin “Orange Premium Fitness Club” və “Toyota” avtomobil salonunda axtarış tədbirləri həyata keçirilir.

Ermənistanın Antikorrupsiya Komitəsi aparılan əməliyyatların korrupsiya ilə bağlı cinayət işi üzrə davam edən istintaq çərçivəsində həyata keçirildiyini açıqlayıb.

Hazırda araşdırmanın hansı konkret epizodlarla bağlı olduğu və Robert Köçəryanla oğluna hansı hüquqi statusun verildiyi barədə əlavə məlumat açıqlanmayıb.

banner

Əlaqəli Yazılar Xüsusi