ABŞ-da Donald Tramp administrasiyası 60-a yaxın ölkəyə qarşı yeni gömrük rüsumlarının tətbiqini nəzərdən keçirir.
Army.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, siyahıya Avropa İttifaqı ölkələri, Kanada, Böyük Britaniya, Meksika və Tayvan da daxildir.
Vaşinqton iddia edir ki, bu ölkələr məcburi əməkdən istifadə edilən məhsulların idxalı ilə kifayət qədər mübarizə aparmır və bu, ABŞ şirkətlərini rəqabətdə əlverişsiz vəziyyətə salır.
Planlaşdırılan tariflərin bir hissəsi üçün 10%, digərləri üçün isə 12,5% rüsum tətbiqi nəzərdə tutulur.
Qeyd olunur ki, Tramp administrasiyası əvvəllər Ali Məhkəmənin məhdudlaşdırdığı sərt tarif siyasətini yenidən gündəmə gətirməyə çalışır. Son qərarın iyul ayına qədər aparılacaq ictimai müzakirələrdən sonra verilməsi gözlənilir.
