Ev Hərbi təhsilAzərbaycan-Türkiyə hərbi tərəfdaşlığında növbəti addım – Protokol imzalandı

Azərbaycan-Türkiyə hərbi tərəfdaşlığında növbəti addım – Protokol imzalandı

by Baş Redaktor
21 Baxış

Azərbaycan və Türkiyə arasında hərbi logistika sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda işgüzar görüş keçirilib.

Army.az xəbər verir ki, görüş zamanı tərəflər qoşunların təminatı, döyüş şəraitində logistikanın təşkili, hərbi yüklərin daşınması, yaralıların təxliyəsi, texniki xidmət bölmələrinin fəaliyyəti, eləcə də hərbi qulluqçuların ərzaq və su təminatı ilə bağlı təcrübə mübadiləsi aparıblar.

Müzakirələrdə Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı qazandığı təcrübə və müasir müharibələrdə logistikanın artan əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşün yekununda Azərbaycan və Türkiyə arasında hərbi logistika sahəsində gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən protokol imzalanıb.

banner

Əlaqəli Yazılar Xüsusi