Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı biznesmen Samvel Karapetyandan onun barəsində səsləndirilən açıqlamalara görə 15 min ABŞ dollarından çox təzminat tələb edib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, Ermənistan baş nazirinin iddiasında Karapetyanın sözlərinin bir neçə media orqanında video formatında təkzib edilməsinə dair tələb də yer alır.
Paşinyanın mövqeyinə əsasən, həmin təkzib ən azı üç müxtəlif informasiya vasitəsində yayımlanmalıdır.
