Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın mesajını qəbul edib və hazırda hərbi bazalardan istifadə ilə bağlı razılaşmaların icrasına başlayıblar.
Army.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte məlumat yayıb.
Rutte qeyd edib ki, ABŞ tərəfdə müəyyən məyusluq müşahidə olunsa da, Avropa ölkələri səsləndirilən tələblərə diqqətlə yanaşıb və uyğun addımlar atmağa başlayıb.
Donald Tramp bundan əvvəl NATO daxilində bəzi üzv ölkələri tənqid edərək, İranla bağlı gərginlik dövründə ABŞ-a kifayət qədər dəstək göstərilmədiyini bildirmişdi.
