Ev DünyaKiyevdən diqqətçəkən açıqlama: Vaşinqtonun gündəmi dəyişib

Kiyevdən diqqətçəkən açıqlama: Vaşinqtonun gündəmi dəyişib

by Baş Redaktor
19 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ administrasiyasının hazırkı xarici siyasət gündəmində İran məsələsi Ukraynadan daha ön sırada dayanır.

Army.az xəbər verir ki, o, bu fikirləri NATO-nun Baş katibi Mark Rütte ilə Kiyevdə keçirdiyi mətbuat konfransında səsləndirib.

Zelenski bildirib ki, son dövrlərdə Vaşinqtonun diqqət mərkəzində olan mövzular dəyişib və Ukrayna əvvəlki qədər prioritet sayılmır.

“Reallıq budur ki, hazırda əsas diqqət bizə yönəlməyib. Məncə, ABŞ üçün ən vacib məsələ İranla bağlı proseslərdir. Ukrayna isə bundan sonra gəlir”, – deyə dövlət başçısı vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi