Türkiyə və Ermənistan arasında birbaşa ticarətin başlanması üçün hazırlıq mərhələsinin tamamlandığı açıqlanıb.
Army.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Öncü Keçeli məlumat yayıb.
O bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması çərçivəsində aparılan işlər nəticəsində birbaşa ticarətə keçid üçün inzibati hazırlıqlar 11 may 2026-cı il tarixinə qədər yekunlaşıb.
Diplomatın sözlərinə görə, 2022-ci ildən davam edən normallaşma prosesi çərçivəsində etimadın gücləndirilməsi addımları həyata keçirilir və hazırda sərhədin açılması üçün texniki və bürokratik işlər davam edir.
Eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyan da bildirib ki, Türkiyədən ixrac olunan məhsulların sənədlərində Ermənistanın da çatdırılma ölkəsi kimi göstərilməsi nəzərdə tutulur.
