Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti çərçivəsində qısa söhbət ediblər.
Army.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Jurnalistlərin Putinlə Əliyevin görüşüb-görüşmədiyi barədə sualını cavablandıran Peskov təmasın ayaqüstü baş tutduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Bişkekdə Belarus Prezidenti Aleksandr Lukaşenko da görüşüb. Görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi bildirilib.
