Ev TexnologiyaRumıniya Ukrayna üçün raket istehsalı xəbərlərini təkzib etdi

Rumıniya Ukrayna üçün raket istehsalı xəbərlərini təkzib etdi

by Baş Redaktor
35 Baxış

Rumıniya Ukrayna üçün “Patriot” hava hücumundan müdafiə sisteminin PAC-3 önləyici raketlərinin istehsalını həyata keçirməyi planlaşdırmır.

Army.az xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri Radu Mirutsa açıqlama verib.

Nazir bildirib ki, Rumıniya PAC-3 raketlərini istehsal edən ölkələr sırasında yer almır. Bu səbəbdən həmin sursatların Ukrayna üçün Rumıniya ərazisində istehsalının təşkil edilməsi gündəmdə deyil.

“Defense Romania” nəşrinin məlumatına görə, bu məsələ ilə bağlı Rumıniya tərəfi ilə indiyədək heç bir rəsmi danışıqlar aparılmayıb. Halbuki daha əvvəl Qərb mediasında PAC-3 raketlərinin Ukraynanın ehtiyacları üçün Rumıniyada istehsalının lokallaşdırılması ehtimalı ilə bağlı iddialar səsləndirilmişdi.

banner

Əlaqəli Yazılar Xüsusi