Ev Hərbi XəbərlərRusiya ordusu Ukraynaya 11 mindən çox kamikadze-dronla hücum etdi

Rusiya ordusu Ukraynaya 11 mindən çox kamikadze-dronla hücum etdi

by Baş Redaktor
136 Baxış

Ukrayna Müdafiə Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Rusiya ordusunun hücumlarını dəf edərək mövqelərini qorumağa davam edir.

Army.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı operativ məlumatda bildirilib ki, son 24 saat ərzində cəbhə xəttində 254 hərbi toqquşma baş verib.

Məlumata görə, Rusiya qüvvələri Ukrayna ərazisinə 98 hava zərbəsi endirib. Hücumlar zamanı 11 859 kamikadze tipli pilotsuz uçuş aparatından istifadə olunub. Bundan başqa, yaşayış məntəqələri 3 318 dəfə atəşə tutulub.

Ukrayna ordusu da qarşı tərəfin hərbi obyektlərinə zərbələr endirib. Baş Qərargahın məlumatına əsasən, Rusiya qoşunlarının canlı qüvvəsinin cəmləşdiyi 3 ərazi, pilotsuz uçuş aparatlarının 4 idarəetmə məntəqəsi və 1 komanda məntəqəsi vurulub.

banner

Əlaqəli Yazılar Xüsusi