Ev DünyaTramp robotların üsyanı ehtimalına belə cavab verdi

Tramp robotların üsyanı ehtimalına belə cavab verdi

by Baş Redaktor
10 Baxış

ABŞ Prezidenti Donald Tramp süni intellekt texnologiyalarının inkişafının bəşəriyyət üçün müsbət nəticələr verəcəyini və robotların mümkün üsyanının ciddi təhlükə yaratmayacağını bildirib.

Army.az xəbər verir ki, Tramp bu barədə “GB News”a müsahibəsində danışıb.

Robotların gələcəkdə insanlara qarşı qiyam qaldırması ehtimalı ilə bağlı suala cavab verən ABŞ lideri məsələyə zarafatla yanaşıb:

“Bu, əyləncəli olacaq. Onları dayandırmaq üçün hər zaman əlimizdə nəsə olacaq. Məsələn, hansısa kiçik cihaz”.

banner

Əlaqəli Yazılar Xüsusi