Ev Dünyaİrəvandan rusiyalılara mesaj: “Ermənistana xoş gəlmisiniz”

İrəvandan rusiyalılara mesaj: “Ermənistana xoş gəlmisiniz”

by Baş Redaktor
23 Baxış

Ermənistan Rusiyada mümkün yeni səfərbərlik dalğası səbəbilə ölkəni tərk etmək istəyən vətəndaşların qəbuluna hazırdır.

Army.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.

Onun sözlərinə görə, belə bir vəziyyət yaranacağı təqdirdə Rusiya vətəndaşları üçün Ermənistan sərhədində əlavə yoxlamaların aparılması və onların ölkəyə giriş səbəblərinin araşdırılması planlaşdırılmır.

Simonyan bildirib ki, Ermənistana gələn rusiyalılara ehtiyac yarandığı halda yardım göstərilə bilər.

banner

“Rusiyalıya deyə biləcəyim yalnız budur: Ermənistana xoş gəlmisiniz. Burada hər kəsə hörmət edirik”, – deyə Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Əlaqəli Yazılar Xüsusi