Ev GündəmErmənistan KTMT-dən çıxır? – Simonyan: “Bu, bizə çoxdan məlumdur”

Ermənistan KTMT-dən çıxır? – Simonyan: “Bu, bizə çoxdan məlumdur”

by Baş Redaktor
24 Baxış

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün çıxışı ilə bağlı məsələnin uzun müddətdir məlum olduğu açıqlanıb.

Army.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan məlumat verib.

O bildirib ki, İrəvanın təşkilatdan çıxmaq ehtimalı artıq yeni məsələ deyil.

Onun sözlərinə görə, ilkin mərhələdə mövcud vəziyyətin həlli üçün müəyyən vaxt verilib. Lakin gözlənilən cavabın alınması üçün nəzərdə tutulan müddət artıq başa çatıb. Simonyan qeyd edib ki, bu səbəbdən Ermənistanın Baş naziri Nikol Paşinyan müvafiq açıqlama verib.

banner

Qeyd edək ki, Paşinyan daha əvvəl Ermənistanın KTMT-dən çıxacağı təqdirdə bundan məmnun olacağını bildirib

Əlaqəli Yazılar Xüsusi