Rusiya-Ukrayna müharibəsində hərbi gərginliyin daha da artacağı ilə bağlı yeni iddialar ortaya çıxıb.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Moskva müharibənin başa çatdırılması ilə bağlı diplomatik səylərin nəticə vermədiyi qənaətinə gəlib. Bu çərçivədə Kiyev və Ukraynanın digər şəhərlərində yerləşən infrastruktur obyektlərinə, xüsusilə ballistik raketlərlə zərbələrin artırılması planlaşdırılır.
Rusiya Prezidenti Vladimir Putin Qərbin iqtisadi sanksiyalarına, eləcə də Ukraynanın Rusiya ərazisindəki neft emalı müəssisələrinə və logistika şəbəkəsinə yönəlmiş hücumlarına baxmayaraq, müharibəni dayandırmaq niyyətində deyil.
