ABŞ İranla hərbi qarşıdurmanın başlamasından sonra təhlükəsizlik səbəbilə Yaxın Şərqdən çıxarılan diplomatlarının bir hissəsini regiona geri göndərməyə başlayıb.
Army.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamenti bu həftə Yaxın Şərqdə fəaliyyət göstərən əməkdaşların bölgədəki mövcudluğu ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətləri yumşaldıb.
Bununla yanaşı, ABŞ-ın regiondakı diplomatik nümayəndəliklərinin əksəriyyətinin yaxın vaxtlarda əvvəlki tam heyət rejiminə qayıtması gözlənilmir.
Beləliklə, Vaşinqton təhlükəsizlik vəziyyətinin nisbətən dəyişməsi fonunda diplomatların Yaxın Şərqə mərhələli şəkildə qaytarılmasına başlayıb.
