Ev Hərbi XəbərlərMoskva açıqladı: Rusiya qüvvələri Sumı vilayətində iki kəndi tutub

Moskva açıqladı: Rusiya qüvvələri Sumı vilayətində iki kəndi tutub

by Baş Redaktor
144 Baxış

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sumı vilayətində iki yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.

Army.az xəbər verir ki, Rusiya hərbçiləri Prikol çayının sol sahilində yerləşən Velikiy Prikol kəndinə və Rusiya sərhədindən təxminən 5 kilometr məsafədə yerləşən Sadki kəndinə nəzarəti ələ keçirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bu yaşayış məntəqələri üzrə nəzarət hərbi əməliyyatlar çərçivəsində təmin edilib.

Nazirlik həmçinin avqustun 30-na keçən gecə Ukraynaya məxsus 494 pilotsuz uçuş aparatının Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini iddia edib.

banner

Qurumun açıqlamasına əsasən, PUA-lar Leninqrad, Bryansk, Belqorod, Kaluqa, Kursk, Tver, Smolensk, Oryol, Pskov, Tula, Novqorod və Rostov vilayətləri, Krasnodar diyarı, Moskva regionu və Krım üzərində, eləcə də Azov və Qara dənizlərin akvatoriyasında vurulub.

Əlaqəli Yazılar Xüsusi