Ev TexnologiyaTayvanın müdafiə strategiyasında yerli PUA-ların payı artırılır

Tayvanın müdafiə strategiyasında yerli PUA-ların payı artırılır

by Baş Redaktor
26 Baxış

Tayvan parlamenti müdafiə məqsədləri üçün yerli istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) və digər insansız sistemlərin alınmasını təşviq edən qanun layihəsini qəbul edib.

Army.az xəbər verir ki, yeni qanun çərçivəsində insansız sistemlər sənayesinin inkişafına və bu sahədə yerli istehsalın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Sənəddə müdafiə təyinatlı insansız sistemlərin satın alınması üçün ümumilikdə 240 milyard yeni Tayvan dollarınadək, təxminən 7,5 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması nəzərdə tutulur.

Qanun Tayvanın Müdafiə Nazirliyinə satınalmalar zamanı ölkə daxilində istehsal edilən insansız sistemlərə üstünlük verməyi tapşırır. Ayrılan maliyyənin altı il ərzində mərhələli şəkildə istifadə olunması planlaşdırılır. Bu məqsədlə hər il 40 milyard yeni Tayvan dolları, yəni təxminən 1,2 milyard ABŞ dolları həcmində vəsait nəzərdə tutulub.

banner

Əlaqəli Yazılar Xüsusi