Ev DünyaTramp müttəfiqlərindən gileyləndi: “Bizə kömək etmək istəmədilər”

Tramp müttəfiqlərindən gileyləndi: “Bizə kömək etmək istəmədilər”

by Baş Redaktor
29 Baxış

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO və Cənubi Koreyaya böyük həcmdə maliyyə ayırmasına baxmayaraq, qarşılığında Vaşinqtonun eyni səviyyədə dəstək görmədiyini bildirib.

Army.az xəbər verir ki, Tramp bu fikirləri “Fox News”a müsahibəsində xarici ölkələrə göstərilən yardımlar və ABŞ-ın bu istiqamətdə çəkdiyi xərclər barədə danışarkən səsləndirib.

Onun sözlərinə görə, Vaşinqton NATO və Cənubi Koreyaya milyardlarla dollar xərcləyir. Lakin ABŞ-ın özü dəstəyə ehtiyac duyanda müttəfiqlərindən “yox, təşəkkürlər” cavabını alıb.

Amerika lideri hesab edir ki, ABŞ tərəfdaş ölkələrlə əməkdaşlıqdan iqtisadi gəlir də əldə edə bilər. Bunun əvəzinə qarşılıqlı dəstək göstərməyən tərəfdaşlara davamlı şəkildə böyük vəsait ayırmağı isə məntiqsiz hesab edir.

banner

“Onlar sizə kömək etmək istəmirlərsə, siz də onlara kömək etməklə özünüzü axmaq vəziyyətinə sala bilməzsiniz”, – deyə Tramp vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi