Ev Dünya“Müharibə heç kimin marağında deyil” – Pezeşkian

“Müharibə heç kimin marağında deyil” – Pezeşkian

by Baş Redaktor
141 Baxış

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin əldə olunan razılaşmalar çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini, ABŞ-ın isə eyni addımı atmadığını bildirib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Pezeşkian qeyd edib ki, Tehran qarşılıqlı razılaşmanın əldə olunması üçün danışıqlar yolunu açıq saxlayır və bu istiqamətdə səylərini davam etdirir.

İran lideri müharibənin uzadılmasının mənfi nəticələrə səbəb olduğunu vurğulayıb.

banner

“Biz razılaşma əldə etmək üçün çalışırıq və səylərimizi davam etdiririk. Hesab edirik ki, müharibənin davam etdirilməsi nə bizim, nə regionun, nə də bütün bəşəriyyətin maraqlarına cavab verir”, – deyə Pezeşkian bildirib.

Əlaqəli Yazılar Xüsusi