Ev Dünyaİranın neft gəlirlərinə böyük zərbə: 7 həftədir ixrac dayandırılıb

İranın neft gəlirlərinə böyük zərbə: 7 həftədir ixrac dayandırılıb

by Baş Redaktor
50 Baxış

İran artıq yeddi həftəyə yaxındır Hörmüz boğazından əhəmiyyətli həcmdə xam neft ixrac edə bilmir.

Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ tərəfindən tətbiq olunan dəniz blokadası Tehranın əsas xarici valyuta gəlirlərindən birinə ciddi zərbə vurub. Blokadanın iyulun 14-də yenidən tətbiq edilməsindən sonra İranın əsas neft alıcısı olan Çinə Hörmüz boğazı üzərindən yeni xam neft tədarükü həyata keçirilməyib.

“Kpler”, “Vortexa” və “TankerTrackers.com”un gəmi izləmə məlumatları da bunu təsdiqləyir.

banner

Beləliklə, Tehran hazırda Çinə neft satışını əsasən Asiyada əvvəlcədən formalaşdırılmış üzən ehtiyatlar hesabına davam etdirə bilir. Lakin bu ehtiyatların tədricən azalması İranın ixrac imkanları ilə bağlı vəziyyəti daha da çətinləşdirir.

Əlaqəli Yazılar Xüsusi