Rusiya Uzaq Şərqin inkişafı ilə bağlı yenilənmiş strategiyanın icrasına başlayır.
Army.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu çərçivəsində çıxışı zamanı açıqlayıb.
Prezidentin sözlərinə görə, yeni strategiya ölkənin mühüm regionlarından biri hesab olunan Uzaq Şərqin inkişafında növbəti mərhələ olacaq. On illik dövr üçün nəzərdə tutulan proqram çərçivəsində regionun iqtisadi potensialından daha geniş istifadə edilməsi planlaşdırılır.
Putin Uzaq Şərqin resurs bazası, sənaye imkanları və logistika potensialının son illərdə əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Onun sözlərinə görə, bir sıra əsas iqtisadi göstəricilər üzrə region Rusiyanın digər subyektlərini qabaqlayır.
Rusiya lideri bildirib ki, əldə olunan nəticələr yeni inkişaf mərhələsi üçün əsas yaradıb. Hazırda isə əsas diqqət yenilənmiş strategiyanın praktiki şəkildə həyata keçirilməsinə yönəldiləcək.
