“İran hazırda həm hərbi, həm də iqtisadi baxımdan ciddi zəifləyib”.
Army.az xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakbi deyib.
O bildirib ki, İran tərəfi vəziyyətin normal olduğunu nümayiş etdirməyə çalışa bilər, lakin real mənzərənin bundan fərqli olduğunu düşünür.
Hakbinin sözlərinə görə, İran hərbi sahədə “çox ciddi şəkildə zəiflədilmiş” vəziyyətdədir və ölkənin iqtisadi durumu da əvvəlki ilə müqayisədə pisləşib
“Onlar vəziyyətlərinin tamamilə yaxşı olduğunu göstərməyə çalışa bilərlər. Lakin hesab etmirəm ki, vəziyyətə dürüst şəkildə nəzər salan hər hansı şəxs buna inansın”.
