Moldovada ABŞ və Rumıniya hərbçilərinin iştirakı ilə beynəlxalq hərbi təlim keçiriləcək.
Army.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
“Alov Qalxanı-2026” adı altında keçiriləcək təlimlər sentyabrın 4-dən 19-dək davam edəcək.
Təlimlər ölkənin şimal, mərkəz və cənub bölgələrində yerləşən hərbi hazırlıq mərkəzlərində təşkil olunacaq.
Nazirlik həmçinin bildirib ki, hərbi texnika və şəxsi heyətin təlim ərazilərinə yerdəyişməsi əsasən gecə saatlarında həyata keçiriləcək.
