Ev Hərbi XəbərlərUkraynada bir sutkada 245 toqquşma: Ən gərgin istiqamət Pokrovskdur

Ukraynada bir sutkada 245 toqquşma: Ən gərgin istiqamət Pokrovskdur

by Baş Redaktor
13 Baxış

Ukrayna cəbhəsində son sutka ərzində döyüşlərin intensivliyi yüksək olaraq qalıb.

Army.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, bu müddətdə Rusiya hərbçiləri ilə 245 döyüş toqquşması baş verib.

Məlumata əsasən, ən çox hücum Pokrovsk istiqamətində qeydə alınıb. Rusiya qüvvələri burada mövqelərə 43 dəfə hücum etməyə cəhd göstərib.

Bundan başqa, Rusiya ordusu sutka ərzində 87 aviasiya zərbəsi həyata keçirib. Hücumlarda 288 idarəolunan aviabombadan və 8,3 mindən çox kamikadze drondan istifadə edildiyi bildirilir.

banner

Baş Qərargah həmçinin Rusiya qüvvələrinin yaşayış məntəqələrini 2,3 mindən çox dəfə atəşə tutduğunu açıqlayıb.

Əlaqəli Yazılar Xüsusi