ABŞ Prezidenti Donald Tramp bu dəfə siyasi açıqlamaları ilə deyil, görünüşündə etdiyi dəyişikliklə diqqət mərkəzinə düşüb.
Army.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Bildirilib ki, uzun illər sarı saçları ilə tanınan Tramp saçlarının rəngini dəyişərək onları qəhvəyi tona boyadıb. Prezidentin yeni görünüşü Nyu-Cersi ştatındakı qolf klubuna səfəri zamanı hava limanında müşahidə olunub.
Tramp daha əvvəl saç düzümü ilə bağlı açıqlamasında onları qəsdən uzun saxladığını etiraf etmişdi. O, bunun seyrələn saç örtüyünü gizlətməyə kömək etdiyini bildirmişdi.
