Ev DünyaMoskva: “Ermənistanın Avropa gələcəyi ilə bağlı vədlər reallıqdan uzaqdır”

Moskva: “Ermənistanın Avropa gələcəyi ilə bağlı vədlər reallıqdan uzaqdır”

by Baş Redaktor
22 Baxış

Avropa Komissiyasının Ermənistanla vizasız rejimin tətbiqi üçün konkret tarix açıqlamaqdan yayınması Brüsselin İrəvana verdiyi “Avropa gələcəyi” vədlərinin nə qədər qeyri-müəyyən olduğunu göstərir.

Army.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Diplomat qeyd edib ki, Avropa Komissiyası yaxın vaxtlarda Ermənistanın Baş naziri Nikol Paşinyanın 2029-cu ilə qədər viza liberallaşdırılmasına nail olunacağı ilə bağlı sözlərini faktiki olaraq təkzib edib.

Qaluzinin sözlərinə görə, bu yanaşma Brüsselin Ermənistan üçün vəd etdiyi “parlaq Avropa gələcəyi”nin real təminatlara deyil, keçici vədlərə əsaslandığını göstərir.

banner

Əlaqəli Yazılar Xüsusi