ABŞ-İran münaqişəsi fonunda Hörmüz boğazında gəmi hərəkətliliyi kəskin şəkildə azalmaqda davam edir.
Army.az xəbər verir ki, “Al-Arabiya” bu barədə “Kpler” analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, sentyabrın 14-də Hörmüz boğazına cəmi iki neft tankeri daxil olub, iki quru yük gəmisi isə əks istiqamətdə hərəkət edib. Halbuki sentyabrın 13-də boğazdan ümumilikdə 10 gəmi keçib.
Qeyd olunur ki, AIS siqnallarını söndürərək boğazdan keçmiş ola biləcək gəmilər hesablamalara daxil edilməyib.
Eyni zamanda, sentyabrın 14-də Bab əl-Məndəb boğazından 21 yük gəmisi keçib. Bir gün əvvəl isə bu rəqəm 28 olub.
