Ev DünyaZelenskidən seçkilərlə bağlı açıqlama: “Sabah keçirməyə hazıram”

Zelenskidən seçkilərlə bağlı açıqlama: “Sabah keçirməyə hazıram”

by Baş Redaktor
27 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə müharibə davam etdiyi müddətdə seçkilərin keçirilməsinin hüquqi və təhlükəsizlik baxımından mümkün olmadığını bildirib.

Army.az xəbər verir ki, Zelenski bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ukrayna Konstitusiyası, seçki qanunvericiliyi və mövcud təhlükəsizlik şəraiti müharibə dövründə seçkilərin keçirilməsinə imkan vermir.

“Hətta sabah seçki keçirməyə hazıram, amma müharibə davam edirsə, bunu nə Konstitusiyaya, nə seçki qanunvericiliyinə, nə də təhlükəsizlik vəziyyətinə uyğun olaraq edə bilərsiniz”, – Zelenski deyib.

banner

Dövlət başçısı seçkilərin təşkili ilə bağlı bir sıra praktiki sualların olduğunu da vurğulayıb. Onun sözlərinə görə, təhlükəsizlik səbəbindən uşaqların məktəbə gedə bilmədiyi şəraitdə insanların seçki məntəqələrinə necə gedəcəyi sual doğurur.

Əlaqəli Yazılar Xüsusi