Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İran ətrafında baş verən hadisələr və Hörmüz boğazında yaranmış vəziyyətin Avropa İttifaqının enerji xərclərinə təsirindən danışıb.
Army.az xəbər verir ki, bu barədə Lyayen Avropa Parlamentində çıxışı zamanı bildirib.
Qeyd edib ki, bölgədə münaqişənin başlamasından sonra Aİ-nin idxal etdiyi qalıq yanacağın dəyəri əlavə olaraq 90 milyard avro artıb.
Onun sözlərinə görə, sözügedən məbləğə baxmayaraq, Avropa İttifaqı bunun müqabilində əlavə enerji resursu əldə etməyib:
“Bununla belə, biz heç bir əlavə enerji molekulu almamışıq”.
