Ev DünyaTürkiyə və Ermənistan nümayəndələri bir araya gəldi

Türkiyə və Ermənistan nümayəndələri bir araya gəldi

by Baş Redaktor
27 Baxış

Bolqarıstanın paytaxtı Sofiyada Ermənistan və Türkiyənin yayım sahəsinə nəzarət edən qurumlarının nümayəndələri arasında görüş keçirilib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, görüş sentyabrın 16-da Ermənistanın Televiziya və Radio Komissiyasının sədri Tiqran Hakobyanla Türkiyənin Radio və Televiziya Ali Şurası sədrinin müavini Dəniz Gül arasında baş tutub.

Tərəflər görüş zamanı yayım sektorunda baş verən son proseslər, qarşıya çıxan aktual problemlər və tənzimləyici qurumların fəaliyyəti ilə bağlı məsələləri nəzərdən keçiriblər.

banner

Müzakirələrdə Ermənistan və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlığın gələcəkdə genişləndirilməsi imkanları da diqqət mərkəzində olub. Tərəflər təcrübə və peşəkar biliklərin bölüşdürülməsi, sahə üzrə dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran layihələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə beynəlxalq və regional platformalarda qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti də vurğulanıb.

Əlaqəli Yazılar Xüsusi