Ev TexnologiyaBMT-də həyəcan təbili çalındı : “Bioloji silah hazırlanır”

BMT-də həyəcan təbili çalındı : “Bioloji silah hazırlanır”

by Baş Redaktor
41 Baxış

Dünyanın aparıcı süni intellekt şirkətlərindən biri olan Anthropic-in rəhbəri Dario Amodei texnologiyanın sürətli inkişafının mümkün təhlükələri barədə xəbərdarlıq edib.

Army.az xəbər verir ki, Amodei bu fikirləri BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

O, süni intellektin gələcəkdə bütövlükdə bəşəriyyət üçün təhlükə yarada biləcəyini istisna etməyib.

Anthropic rəhbərinin sözlərinə görə, süni intellekt texnologiyaları son bir neçə ildə olduqca sürətlə inkişaf edib:

banner

“Cəmi dörd il əvvəl bu sistemlər sadə kod yazmaq və ya orta məktəb səviyyəsində riyazi məsələləri həll etməkdə belə məhdud imkanlara malik idi. Hazırda isə süni intellekt şirkətin proqram təminatının böyük hissəsinin hazırlanmasında istifadə olunur.

Mövcud inkişaf tempi qorunarsa, yaxın bir-iki il ərzində, hətta daha qısa müddətdə məlumat emalı mərkəzlərində insan zəkasının çox yüksək səviyyəsini təqlid edən sistemlər meydana çıxa bilər”.

Şirkət rəhbəri qabaqcıl AI modellərinin insanlıq üçün əhəmiyyətli faydalar vəd etdiyini də vurğulayıb. Bununla yanaşı, o, texnologiyanın sui-istifadə edilərək, məsələn, bioloji silahların hazırlanmasında tətbiq olunması ehtimalını ciddi risklərdən biri kimi göstərib. Digər narahatlıq isə süni intellektin gələcək inkişafı üzərində nəzarətin itirilməsi ilə bağlıdır.

Əlaqəli Yazılar Xüsusi